ABŞ-ın 2 maydan etibarən iran embarqosunu başlatmasından sonra Türkiyənin maraqla gözlənilən neft və təbii qaz əsasları ortaya çıxıb.

Aprel ayında İrandan 100 min ton xam neft alan Türkiyənin dövlət neft şirkəti TÜPRAŞ, qadağadan sonra bütünlüklə həmin ölkədən idxalatı dayandıracağını bildirib. İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, şirkətin bundan sonra İraq, Rusiya, və Səudiyyə Ərəbistanından neft alacağı barədə danışılır. Ancaq BOTAŞ şirkəti İrandan təbii qaz alışına davam edəcək. Əgər Türkiyə bu qazı almazsa əvəzini ödəmək məcburiyyətində qalacaq.

Əvvəlcə onu qeyd edək ki, Türkiyənin illik təbii qaz istehlakı 50 milyard kubmetrdir. İstehlak iqtisadi böhranla bağlı olaraq 2018-ci ildə azalıb və 2019-cu ildə də azalacağı deyilir. Türkiyə təbii qaz ehtiyatının əsasını Rusiyadan alır. İldə 10 milyard kubmetr isə İrandan idxal olunur.

Türkiyə müxtəlif ölkələrdən ildə 2 milyon ton neft idxal edir. ABŞ-ın sanksiyalarına qədər ən önəmli mənbə İran idi. TÜPRAŞ şirkəti İranın bu önəmini iki səbəblə izah edir:

-Əvvəla ucuz olması

-İran xam nefti TÜPRAŞ-ın emal sənayesinə daha uyğundur. Emal zamanı daha keyfiyyətli bir məhsul əldə edilirdi

Buna görə də Türkiyə bəzi aylarda aylıq tələbatın yarıdan çoxunu İrandan alırdı. ABŞ-ın başlatdığı sanksiyalara görə idxalat düşüb. İndiki qadağa isə Türkiyənin neft idxalatına vurulan bir zərbə kimi qiymətləndirilir.

 

Mehman Nəbiyev