Türkiyənin “Sardes” şirkəti 2018-ci il ərzində Latın Amerikası ölkəsi olan Venesueladan 900 milyon ABŞ dolları dəyərində qızıl idxal edib.

İqtisadiyyat.Az xarici KİV-ə istinadən xəbər verir ki, 41 milyon dollar dəyərində ilk partiya ötən ilin yanvarında əldə olunub. Bu iki ölkə arasında son 50 ildə ilk bu tip tranzaksiya olub.

“Sardes”in xətti ilə Türkiyə və Venesuela arasında qızıl ticarəti noyabrda dayandırılıb.