“The New-York Times”də yer alan xəbərdə ABŞ prezidenti Donald Trampın 1985-1994-cü illəri arasında 1.17 milyard dollar zərər gördüyü qeyd olunub.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən xəbərinə görə, Donald Trampın vergi bəyannamələri, 1980-ci illərin ortalarından, 1990-cı ilədək çoxlu pul itirdiyi sözügedən yazıda əks olunub. Yeni ortaya çıxan sənədə görə isə Tramp 10 illik dönəmin 8 ilində gəlir vergisi ödəməyib.

“The New York Times”, vergi qeydlərində Trampın sənədlərinin niyə gizlin saxlanıldığını araşdırarkən, qəzet həmin müəmmanın da cavabını tapa bilib. Belə ki, 1985-1994-cü illərdə Trampın 1.17 milyard dollar zərər gördüyü müəyyən edilib.

Araşdırma xəbərdə, hazırki prezidentin həmin dövr üçün zərərlərinin əsasən ona məxsus olan qumarxanalardan, otellərdən və digər iaşə obyektlərindən gördüyü bildirilir. Həmin xəbərə görə, Trampın 1985-1994-cü illər ərzində itirdiyi pullar, bütünlüklə Amerikanın vergi mükəlləfiyyətlərindən daha çox olub. Donald Trampın vəkili isə qəzetin verdiyi məlumatı əsassız hesab edib və prezidentin 30 il əvvəlki işi ilə bağlı sənədləri ortaya atılmasının yanlış olduğunu bildirib.