Adətən media qarşısına çıxmayan Huawei-nin təsisçisi Ren Zhengfei, ABŞ-ın şirkətinə sanksiyalar tətbiq etməsi ilə tez-tez açıqlamalar verməyə başlayıb. Sonuncu dəfə isə Blomberq-ə açıqlama verən Ren, ABŞ prezidenti Donald Trampın sanksiya qərarlarına qarşılıq olaraq Çin hökumətinin Apple-ə sanksiya tətbiq etməsini gözləmədiyini və bunu istəmədiyini ifadə edib. Ren Zhengfei, “Xüsusilə qarşılıq sanksiya olmayacaq. Olsa da, ilk etiraz edən adam mən olacam” deyib. İqtisadiyyat.Az xarici mediaya istinadən xəbər verir ki, Apple-ni özünün müəllimi hesab edən Ren, “ Niyə müəllimimə qarşı həmlə edim?” fikirlərini səsləndirib.

"Mən siyasətçi deyiləm"

74 yaşlı milyarder iş adamından, ötən həftə Trampın tətbiq etdiyi, “Huawei Çin ilə aparılan əlaqələrin bir parçası ola bilər” açıqlaması barədə soruşulduğu zaman, “Mən siyasətçi deyiləm. Məncə bu bir zarafatdır. Çin-ABŞ əlaqələrinin bizimlə nə əlaqəsi var?” cavabını vermişdi. Trampın Ren Zhengfeiyə zəng edəcəyi təqdirdə atacağı addım da soruşulub. Ren bu suala da, “ Görməzlikdən gələrəm. O zaman kiminlə bazarlıq edəcək? Telefona cavab verməyəcəm. Onsuz da mənim onda nömrəm yoxdur” deyə cavab verib. Ren həmçinin, “ Trampın paylaşımlarına baxıram və gülürəm. Çünki belə görünür ki, o ancaq özünə zidd addımalr atır” açıqlmasında bildirib.

Mehman Nəbiyev