“Diqlas” ticarət mərkəzində baş verən yanğın səbəbilə təqribi bir milyondan çox zərər dəyib. Hadisə yerində olan İqtisadiyyat.Az-ın əməkdaşının verdiyi məlumata görə, zərəri sığorta şirkəti qarşılayacaq.

Qeyd edək ki, ticarət mərkəzində 100-dən çox mağaza külə dönüb. Son məlumata görə yanğına dönər dükanında yerləşən qaz balonunun partlaması səbəb olub.