Firudin Qurbanov: "Təhsil müəssisələrində təkcə nəzəri biliklər yox, eyni zamanda praktiki bacarıqlar formalaşmalıdır".

"Müasir dövrdə təhsil müəssisələrində təkcə nəzəri biliklər yox, eyni zamanda praktiki bacarıqlar formalaşmalıdır".

İqtisadiyyat.Az-ın apa-ya istinadən xəbərinə görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

O bildirib ki, bütün sahələrdə olduğu kimi, təhsildə də sahibkarlığa və innovasiyalara xüsusi diqqət yetirilməlidir.

Nazir müavini qeyd edib ki, təhsil müəssisələrində müxtəlif sahələr üzrə müəyyən istehsal sahələri yaradıla bilər və qanunvericilik buna imkan yaradır.