Bu dəqiqə müzakirə edilən mövzular arasında teatr və kinoteatrların açılması da var.

Brifinqdə Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş.Mövsümovun sözlərinə görə, əgər gələcəkdə bu sahənin fəaliyyəti bərpa edilərsə, giriş COVID-19 pasportu ilə mümkün olacaq:

“Yəni, teatr və kinoteatrlar açılarsa, giriş zamanı COVID-19 pasportu tələb ediləcək”.