Sumqayıtda 16 və 25 yaşlı qızlar itkin düşüb.
İqtisadiyyat.az xəbər verir ki, hadisələrdən biri 13-cü mikrorayonda, digəri isə Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, şəhər sakinləri, 1999-cu il təvəllüdlü A.İ və 2006-cı il təvəllüdlü F.H yaşadığı evdən gediblər.
Onlar bir daha geri qayıtmayıblar.
Hər iki faktla bağlı araşdırma aparılır.