Gündəmi zəbt edən “Diqlas” ticarət mərkəzinin kül olması ilə bağlı müxtəlif fikirlər irəli sürülür. Yanan yandı, batan batdı... Lakin indi ən vacib məsələ sahibkarlara dəyən zərərin ödənib, ödənməməsidir. Mövzu ilə bağlı İqtisadiyyat.Az saytına açıqlama verən sığorta eksperti İlkin İbrahimov sığortalanmış obyektlərin sığorta şirkəti tərəfindən təmir olunacağını bildirib.

“Ticarət mərkəzi fərdi sahibkarlara icarəyə verilib. "Daşınmaz əmlakın icbari sığorta"sı növü üzrə məcburi sığortalanma həyata keçirilir və sığortanın olmasına Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Bu sığortanın mahiyyəti o deməkdir ki, əgər müqavilədə nəzərdə tutulan hallar-yanğın, subasma, sel, zəlzələ, yer sürüşməsi və s. baş verərsə, tikiliyə dəyən ziyan sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Digər tərəfdən mağazaların içərisindəki mallar isə "daşınar əmlakın könüllü " sığortası növü üzrə sığortalanır. Bu növ sığorta könüllü xarakter daşıyır və hər bir sahibkar öz mağazasının içərisindəki əmlakı fərdi qaydada könüllü şəkildə sığortalayır”.

 

Mehman Nəbiyev