İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, səudiyyəli krallar türk məhsullarını boykot etməyə çağırış edib. Riyad valisi Faysal ibn Bandar ona təklif edilən qəhvənin türk qəhvəsi olduğunu öyrəndikdən sonra içməyi rədd edib. Videonu paylaşan başqa bir kral Abdullah ibn Sultan əl Səud, türk məhsullarını boykot etməyə çağırıb.

Kral Abdullah ibn Sultan, “Bugün bir Səudiyyə vətəndaşı olaraq, Türkiyənin bizə yönəlmiş siyasətini dəyişməyincə Türkiyədə istehsal olunan, hətta türk sərhədlərindən gəlmiş bütün məhsulları boykot edəcəyimi elan edirəm. Nə bizim, nə də hökumətimizin onların məhsullarına ehtiyacı var” ifadələrini işlədib.

 

Mehman Nəbiyev