Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) ərazisində fəaliyyət göstərən Nəqliyyat qovşağında sərnişinlər yüklərini bir yerdən başqa yerə onlar üçün nəzərdə tutulan arabalarla daşıya biləcək.

"Finans.az" xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Pərvin Məmmədova məlumat verib.

Məlumata əsasən, yüklərin daşınması üçün nəzərdə tutulan arabalar ödənişsizdir. Qeyd edək ki, hazırda 20 araba mövcud olsa da, onların sayı bir neçə günə artırılacaq.