Ötən il elektromobillərin satışında 63% artım müşahidə olunub.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, bu avtomobillərin satış sayı ötən il dünya üzrə 2 milyon ədədə çatıb. Bununla da elektromobillərin avtomobil bazarındakı payı 2,5%-ə çatıb.

Məlumata əsasən, bazardakı avtomobil sayının durmadan artması ilə bu rəqəmin 2019-cu ildə 3 milyon ədədə çatacağı proqnozlaşdırılır.

"Bloomberg"in araşdırmasına görə isə 2040-cı ildə bazardakı avtomobillərin 57%-ni elektromobillər təşkil edəcək.