“Diqlas” ticarət mərkəzində maddi ziyan dəyən vətəndaşlara ilkin ödənişlər gələn həftənin əvvəlində ödəniləcək.

İqtisadiyyat.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ikin ödənişlərin verilməsi ilə bağlı araşdırma aparılır:

“Biz artıq bankla danışmışıq. Maddi ziyan dəyən şəxslərə hesablar açılacaq və kartlara ödəniləcək”.

Nazir qeyd edib ki, sahibkarlara güzəştli kreditlərin verilməsi təklif olunacaq:

“Hansı sahibkar bu krediti istəsə, ona köməklik ediləcək. Verilən kredit dörd faiz ilə və uzun müddətli güzəştli şərtlərlə olacaq”.

“Zərərçəkmişlərə malları satmaq üçün yeni yerlər veriləcək və icarədarlar da 4-5 ay ərzində icarə pulu almayacaqlar”, - nazir əlavə edib.