Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi bu ilin birinci yarısında 2,9 dəfə artaraq 33,5 milyard dollar təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Hindistanın Ticarət və Sənaye Nazirliyinin məlumatlarında deyilir.

Hesabat dövründə Hindistanın Rusiyadan idxalı 3 dəfə artaraq 31,5 milyard dollara, Rusiyanın Hindistandan idxalı isə 1,7 dəfə artaraq 1,9 milyard dollara çatıb. Eyni zamanda, Hindistanın bu ilin birinci yarısında ən böyük ticarət tərəfdaşı isə ABŞ olub. Baxmayaraq ki, iki ölkə arasında ticarət dövriyyəsi 11% azalaraq 59,4 milyard dollar olub.

 

Gözəl Həşimova