Rusiya hökuməti 2022 və 2023-cü illərdə pensiya və müavinətlərin ödənilməsi üçün Pensiya Fonduna təxminən 1,5 trilyon rubl ayıracaq.

TASS xəbər verir ki, bu barədə ölkənin baş naziri Mixail Mişustin bildirib:

“Bu il maliyyə vətəndaşlara pensiyaların ödənilməsinə, eləcə də gəliri regional yaşayış minimumundan aşağı olan və işləməyən pensiyaçılar üçün müavinətlərə yönəldiləcək. Həmçinin, bu vəsait hesabına əlillərə və veteranlara aylıq ödənişlər davam etdiriləcək.”