Bu ilin I rübündə Azərbaycanda regionlar üzrə ümumi məhsul buraxılışı ötən ilin eyni dövrü ilə müqayisədə 2,9 % artaraq (nominal ifadədə) 7,8 milyard manat olub.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında regionlara kredit qoyuluşu 18 % artımla 5,6 milyard manat, əsas kapitala investisiyalar isə 1,7 milyard manat təşkil edib.