Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 13,4 milyon ABŞ dolları dəyərində 222,5 min ton hazır və ya klinker formasında sement ixrac edilib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə dəyər ifadəsində 2,5 milyon dollar çoxdur.

Əlavə edək ki, bu dövrdə sement ixracı Azərbaycanın ümumi ixracının 0,16%-ni təşkil edib.

 

Gözəl Həşimova