"Təsdiq olunmuş köç planına əsasən, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndində, eləcə də Ağdərə rayonunun Umudlu kəndində bu il ərzində ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub".

İqtisadiyyat.az apa-ya xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndi şəhərində keçirilən "Ətraf mühitinin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda elmi-praktiki konfrans zamanı deyib.

O bildirib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib, yaxın müddətdə isə daha 50 ailənin köçü həyata keçiriləcək:

"Hazırkı tarixədək isə Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülün, bu ilin sentyabr və oktyabr aylarında isə Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi planlaşdırılır. Növbəti illərdə bu say dəfələrlə artacaq".