Bu ilin mayında Qroznıdan Bakıya yeni aviareyslər açılacaq.

İqtisadiyyat.az Çeçen Respublikası hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu “Vaynaxavia” şirkətinin baş direktoru Sultan Qambulatov bəyan edib.

Onun sözlərinə görə, aprelin 19-da Qroznı və Şarca (BƏƏ) arasında müntəzəm aviareyslər bərpa olunacaq. Bu aviareysləri “Air Arabia” şirkəti həftədə iki dəfə həyata keçirəcək.

O, həmçinin vurğulayıb ki, may ayında Qroznıdan Antalya və Bakıya yeni beynəlxalq aviareyslər açılacaq.