Koronavirus epidemiyası FAO Qida Qiymət İndeksinin düşməsinə səbəb olur

Qlobal qida qiymətləri, qismən koronavirus (COVID-19) epidemiyasının qlobal tələbi yavaşladacağına dair narahatlıqlar və bitki yağlarının ixrac qiymətlərindəki azalma səbəbilə dörd ay sonra ilk dəfə Fevral ayında düşüb.

Fins.az xəbər verir ki, geniş şəkildə ticarət olunan qida məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişiklikləri izləyən FAO Qlobal Qida Qiyməti İndeksi, Fevral ayında aylıq müqayisədə 1% düşüb, illik müqayisədə isə 8.1% artımla 180.5 bənd təşkil edib. 

FAO Bitki Yağları Qiymət İndeksi Yanvar ayı ilə müqayisədə Fevralda 10.3% düşüb. Malayziyada gözləniləndən daha yüksək istehsal, Hindistanın idxal tələbindəki azalma və koronavirus epidemiyasının yayılması narahatlıqları ilə əlaqədar olaraq beynəlxalq palma yağı qiymətləri daha da düşüb.

FAO Taxıl Qiymət İndeksi Fevral ayında 0.9% düşüb.  

FAO Ət qiyməti İndeksi, Çinin limanlardakı yükdaşıma gecikmələrindən təsirlənən idxaldakı azalma ilə Yanvar ayı ilə müqayisədə 2% düşüb. Eyni zamanda Yeni Zelandiyada quraqlıq kiçikbaş heyvan əti qiymətləri üzərində  təzyiq yaradır. 

FAO Süd Məhsulları Qiymət İndeksi, Avstraliyada qismən süd istehsalının azalmasına bağlı olaraq pendir tələbinin artması ilə 4.6% yüksəlib. Dünyanın ən böyük süd tozu idxalatçısı Çinin alışları isə yavaşlayıb.

FAO Şəkər Qiymət İndeksi güclü bir qlobal idxal tələbi, eyni zamanda Hindistan və Taylandda daha aşağı istehsal proqnozları səbəbiylə 4.5% artıb. 

marjaaz1583416355qi.jpg