Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2045-ci ilə qədər qlobal neft tələbinin gündəlik 110 milyon barelə qədər artacağını proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə təşkilatın baş katibi Heysəm əl-Qais enerji konfransında bildirib.

Onun sözlərinə görə, yeni neft layihələrinə sərmayə qoyulmaması enerji xaosuna gətirib çıxaracaq: "Dünyanın "enerji xaosuna deyil, enerji aydınlığına" ehtiyacı var. Dünyada bərpa olunan enerji əhəmiyyətli rol oynayacaq və OPEC ölkələri artıq bu enerji növünün inkişafına sərmayə qoyurlar.

Qaz, hidroenergetika, nüvə enerjisi və hidrogen daha çox istifadə olunacaq, lakin neft enerji sektorunun ayrılmaz hissəsi olaraq qalacaq".