Amerika fond bazarında "Dow Jones" indeksi 0,75% - 26 504,95 bəndədək, "S&P 500" 0,96% - 2 945,64 bəndədək, NASDAQ isə 1,58% - 8 164,00 bəndədək artıb.

İqtisadiyyat.Az xəbər verir ki, Avropa fond bazarlarında "FTSE 100" indeksi 0,40% - 7 380,64 bəndədək, Almaniya DAX-ı 0,55% - 12 412,75 bəndədək, Fransa CAC-40-ı isə 0,18% - 5 548,84 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 9,30 dollar bahalaşaraq 1 281,30 dollara, gümüşün unsiyasının qiyməti isə 0,36 dollar artaraq 14,98 dollara satılıb.