"Müstəqil Dövlət Birliyi (MDB) ölkələri ticarətdə baytarlıq və fitosanitar maneələrin aradan qaldırılması üzərində işi davam etdirməlidir".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstanın Kənd Təsərrüfatı naziri Aydarbek Saparov MDB-yə üzv dövlətlərin ərzaq təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə nazirlərinin konfransında deyib.

"Ərzaq təhlükəsizliyinin təmin edilməsi sahəsində regionlararası və transsərhəd əməkdaşlığın daha da inkişafı üçün ölkələrimiz arasında böyük potensial var. Ölkələrimizin hər biri ənənəvi kənd təsərrüfatı ixtisaslarına malikdir. Bizim gələcək vəzifəmiz qarşılıqlı ticarətin həcmini artırmaqdır. Bunun üçün ticarət məhdudiyyətlərinin, o cümlədən baytarlıq və fitosanitar maneələrin aradan qaldırılması istiqamətində işi davam etdirmək lazımdır”, - Saparov bildirib.

 

Gözəl Həşimova