Sony-nin maraqla gözlənilən oyun konsolu PlayStation 5 ilk dəfə yeni DualShock kontrol cihazı ilə birlikdə görüntüsü sızdırılıb. Uzun zamandır sızma və prototip şəkilləri paylaşılan Sony PlayStation 5 yeni ildən öncə nisbətən oyun sevənlərin marağını tətmin edib.

PlayStation 5 və PS5 kontrol cihazı ilk dəfə görüldü

Ortaya çıxan fotoda PlayStation 5-in V şəkilli dizaynının daha öncələri sızdırılan fotolar ilə uyğun olduğu görülüb.
Görüntülərdə PlayStation 5-dən başqa, yeni DualShock da nəzərə çarpan detallar arasında yer alır.

2019_12_03_10_24_51_ea35.jpg


DualShock 5-in böyük dəyişiklikləri arasında L2 ve R2 butonlarının böyüklüyü də nəzərə çarpır. İşıq çubuğunun da qaldırıldığı DualShock 5-də, həmçinin ayrı bir daxili mikrofonun da yer alacağı təxmin edilir.

2020-ci ildə bazara çıxarılması gözlənilir

Sony-nin 1994-cü ildə ilk dəfə PlayStation 1 adını verdiyi oyun konsolu ilə başlayan PlayStation seriyası, son olaraq 2013-cü ildə tanıdılan PlayStation 4 ilə davam etmişdi. PS 5 ‘V’-nin 6 ildən sonra, 2020-ci il içində istifadəçilərə təqdim edilməsi gözlənilir.

©FACEMARK.AZ