Suriyada neft və təbii qaz yataqlarını zəbt edən terror təşkilatı PKK/YPG qurduğu şirkətlər vasitəsilə Suriya neftini çıxararaq terror təşkilatına gəlir gətirir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Fərat çayının şərqindəki neft yataqlarında işğalını davam etdirən PKK/YPG Rumeylan və Deyr əz-Zordakı nefti müxtəlif ölkələrdəki xarici şirkətlərə satmağa çalışır.

PKK terrorçularının rəhbərlik etdiyi şirkətlər Suriyada neft yataqlarını zəbt edərkən, PKK/YPG-yə bağlı olan Cezire Oil Company nefti Suriyada sataraq PKK/YPG-yə gəlir gətirir. Terror təşkilatının yerləşdiyi bölgələrdə neft kəşfiyyatı və hasilatı həyata keçirən bir çox şirkət də Cezire Petrol Şirkətinə bağlıdır.