Qazax rayon sakinləri rayon ərazisində yerləşən və sakinlərin istirahət üçün üz tutduqları İsmayıl Şıxlı parkında ağacların hasarlanaraq orada tikinti işlərinin aparılmasından şikayət edirlər.

Şikayətçilər iddia edirlər ki, parkdakı ağaclar kəsiləcək və yerində obyekt inşa olunacaq.

İddianın doğru olub-olmadığını müəyyənləşdirmək üçün Qazax  rayon bələdiyyəsinə müraciət etdik.

Mövzu ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Qazax rayon bələdiyyəsinin sədri Tofiq Orucov bildirib ki, parkda heç bir obyekt tikintisindən söhbət gedə bilməz, sadəcə abadlaşdırma işləri gedir: “Yerlərə kafel vurulacaq, parkda heç nə tikilmir. Sadəcə abadlaşdırma işləri görülür”.