Azərbaycan 1-ci Divizionunda 2022/2023 sezonunun qalibi olan "Araz-Naxçıvan" klubu Premyer Liqaya vəsiqəni təmin edib. Klubun və 1-ci Divizionun 27 qolla ən məhsuldar futbolçusu olan Orxan Əliyevin mövsüm sonunda klubla olan müqaviləsi başa çatacaq.

İqtisadiyyat.az-a açıqlama verən Orxan Əliyev gələcək karyerası ilə bağlı hələki qərar vermədiyini bildirib:

"Gələcək karyeramla bağlı hələ heçnə deyə bilmərəm. Çempionat yeni başa çatıb və biz istədiyimiz məqsədə çataraq çempion olmuşuq. Mövsümün sonunda klubla müqaviləm başa çatır.  Ölkə xaricindən və yerli klublardan təklifim var. Rəhbərliklə görüşdükdən sonra qərarımı verəcəyəm. Hələki düşünmək üçün vaxtım var".