Nazirlər Kabinetinin onlayn kassa aparatları ilə bağlı qərarına əsasən bütün ölkə üzrə onlayn nəzarət-kassa aparatlarının tətbiqi 2022-ci ilə qədər başa çatacaq.

İqtisadiyyat.az xəbər verir ki, bunu Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət Departamentinin baş direktoru Ələkbər Məmmədov deyib.

Ə. Məmmədov bildirib ki, yaxın vaxtlarda iri ticarət mərkəzlərində onlayn kassa aparatları quraşdırılacaq. Hazırda nəzarət-kassa aparatlarından nazirliyin sisteminə ötürülən məlumatlar oflayn rejimdə həyata keçirilir. Nazirliyin informasiya sistemi ilə onlayn kassa aparatı arasında məlumat mübadiləsi onlayn rejimdə həyata keçiriləcəkdir ki, bu da sistemdə vergi ödəyicilərinin əməliyyat məlumatlarının daha dürüst olmasına və satış mühasibatlığında şəffaflığın təmin olunmasına şərait yaradacaq.