Azərbaycan bu ilin yanvar-sentyabr aylarında düyü idxalına 41 milyon dollar xərc çəkib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 mln. dollar çoxdur.

Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,33 %-ni təşkil edib.

Əlavə edək ki, 2022-ci ilin eyni dövründə ölkəyə idxal edilən düyü 36,3 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova