Azərbaycana bu ilin yanvar-avqust aylarında idxal olunan balıq və dəniz məhsullarının dəyəri artıb.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, hesabat dövründə ölkəyə dəyəri 19,2 milyon dollar dəyərində balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları idxal edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon dollar çoxdur.

Hesabat dövründə ölkənin balıq və dəniz məhsulları ixracı isə 829 min dollar dəyərində olub. Bu da ötən ilin eyni dövrünə görə 2,5 dəfə çoxdur.

 

Gözəl Həşimova