Azərbaycanda bu ilin yanvar-may aylarında tikinti materiallarının istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,8% artaraq 402,2 milyon manat təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Dövr ərzində tikinti gipsinin istehsalı 2,2 dəfə, əhəng istehsalı 56,2%, beton istehsalı 21,7%, tikinti şüşəsinin istehsalı 29,7% artıb .