Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Nobel prospektində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən İqtisadiyyat.Az-averilən məlumata görə, anoloji işlər Üzeyir Hacıbəyov və Zərifə Əliyeva küçələrində saat 22:00-dan səhər saatlarına kimi aparılacaq .

Sürücülərdən qeyd olunan müddət ərzində sözügedən prospekt və küçələr boyu hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.