Bu barədə "Report”a şirkətin İdarə Heyətinin sədri Emin Axundov məlumat verib.

Onun sözlərinə görə, fevral ayının sonundan daxili bazara çıxarılmış və qiyməti 17 500 manat olan bu maşınlara maraq böyükdür: "Həmin minik avtomobilləri satılır. Hazırda onların ölkədən ixracı ilə bağlı iş aparırıq”.