Bərpa olunan enerji mənbələrinə keçidin yavaş olması səbəbilə neft və qaz bir neçə onilliklər ərzində dünyada əsas enerji mənbəyi olaraq qalacaqlar.

İqtisadiyyat.az "CNBC"ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın enerji şirkəti "ExxonMobil" məlumat açıqlayıb.

Məlumata görə, neft ən azı iyirmi il ərzində ən böyük enerji mənbəyi olaraq qalacaq. Yaxın iki-üç onillikdə isə Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasının inkişaf etməkdə olan bazarları hesabına neftə tələb gündəlik 15 milyon barel artacaq. Açıqlamaya əsasən, neft və qaz qlobal iqtisadiyyatın rəqabət qabiliyyətinin və alternativ enerji mənbələrinə təhlükəsiz keçidin açarıdır. Buna görə də dünyanın üzləşdiyi ən böyük problem sənayeyə kifayət qədər sərmayə qoyulmamasıdır.

Bildirilib ki, yaşıl enerjiyə keçid üçün ildə 4 trilyon dollar investisiya və bu gün belə mövcud olmayan yeni texnologiyalar tələb olunur. Beynəlxalq Enerji Agentliyinin (IEA) ekspertləri hesab edirlər ki, bütün ölkələrin enerji tələbatında ən böyük artım (təxminən üç faiz) Hindistanda baş verəcək . Bu da ölkə əhalisinin artmasına səbəb olacaq.