Səhiyyə Nazirliyi Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğınla bağlı son məlumatı açıqlayıb.

Nazirlikdən İqtisadiyyat.az-a verilən məlumata görə, yanğın zamanı altı nəfər tüstüdən zəhərlənib:

“Onlardan üç nəfər Fövqəladə Hallar Nazirliyinin işçisi, iki nəfər ticarət mərkəzinin mühafizəçisi və bir nəfər işçisi olub. Beş nəfərə tüstüdən zəhərləndiyinə görə yerində yardım edilib. Bir nəfər FHN işçisi isə xəsarət aldığı üçün xəstəxanaya aparılıb”.