Mədəniyyət Nazirliyinin qəzalı vəziyyətə düşən Ağdaş Rayon Mədəniyyət Mərkəzi əsaslı təmir olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, nazirlik bununla bağlı hazırlıqlara başlayıb.

Qurum əsaslı təmir işlərinin 1,32 milyon manata başa gələcəyini ehtimal edir.

Qeyd edək ki, Mərkəzin ikimərtəbəli inzibati binasının xarici görünüşü yaxşı olsa da, daxili hissəsi uzun müddətdir qəzalı vəziyyətdədir. Buna görə də Mərkəz 2022-ci ildə müvəqqəti olaraq şəhər daxilində digər binaya köçürülüb.