Azərbaycanda işçi və işəgötürən (müdir) arasındakı münasibətlər əsasən Əmək Məcəlləsinin müvafiq maddələrilə tənzimlənir.
İqtisadiyyat.az xəbər verir ki, müşahidələr göstərir ki, bir-çox hallarda işçilər Əmək Məcəlləsi tərəfindən onlara tanınan hüquqlardan xəbərsiz olurlar. Bu isə əksər hallarda ona gətirib çıxarır ki, müdirlər bundan öz xeyirləri üçün faydalanırlar.
Əmək Məcəlləsində yer alan və işçilərin mütləq bilməli olduğu bəzi hüquqları təqdim edirirk:
-  İşçi işdən azad olmaq barədə ərizə verilibsə və 1 ay tamam olmadan həmin ərizə geri götürülə və işə yenidən davam edilə bilər.
-  İşçinin banka kredit borcu olsa və bank iş yerinə müraciət etsə belə onun əmək haqqından hər hansı vəsait tutula bilməz.
-  Müdirlər iş vaxtından sonra işçiyə əlavə işlərlə məşğul olmağı qadağan edə bilməz.
-  15 yaşına çatmayan şəxsləri işlətmək qanunla qadağan edilir.
-  İşçinin  iş vaxtından artıq iş müddəti dalbadal gələn iki iş günü ərzində 4 saatdan, əmək şəraiti ağır və zərərli iş yerlərində isə 2 saatdan artıq ola bilməz.
 İş vaxtından artıq işə görə ödənilən əmək haqqının məbləği saatlıq tarif maaşından 2 dəfə çox olmalıdır.