Milli Televiziya və Radio Şurasının (MTRŞ) üzvü Mübariz Elyazov vəfat edib.
Bu barədə MTRŞ-dan məlumat verilib.
Bildirilib ki, Elyazov Mübariz Elyaz oğlu COVİD-19 koronavirus infeksiyasından 20 gündən çox müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
"Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq MTRŞ üzvü dünyasını dəyişib", - məlumatda qeyd olunub.
Allah rəhmət eləsin!