Misirin paytaxtı Qahirənin Gizə rayonuda yerləşən dünyanın 1-ci möcüzəsi olan piramidalar günümüzdə də öz sirrini qoruyur. Bölgədə fironların qəbri olan 118 -139 arası piramida var. Dünyanın 7 möcüzəsindən və günümüzə də qədər gəlib çatan tək əsər olan Xeops ehramının kim tərəfindən və necə tikilməsi barədə bir neçə versiyalar mövcuddur. Bu versiyaların ən məşhuru piramdianın yadplanetlilər tərəfindən tikilməsidir. Misirin erkən feodalizm dövründə yüksək vəzifədə olanların qəbrinin üzərində mastaba adı verilən düz otaqlar tikilirdi.

Mastabaların ilk nümunələri günümüzdə Sakkara şəhərində yerləşən və ilk piramida olaraq qəbul edilən Basamaqlı piramidadır. Misirin 3-cü fironunun hakimiyyəti illərində, b.e.ə 2620-cı ildə inşa edilən Basamaqlı piramida, antik Misir mühəndisi İmhotepin ideyası əsasında tikildiyi bilinir. İmhotepin dövründə başlayan mastaba inşası, piramidaların təməli hesab edilir. Mastaba və digər piramidalar Xeops kimi fironların marağına səbəb oldu.

Misirli tarixçi Curtis Ryan Woodside, 2018-ci ildə bir məlumatda, “İmhotep piramdia ideyasını irəli sürən ilk adamdır. O, əfsanəvi biri idi və dövrümüzdə istifadə olunan bir çox müalicə üsullarının banisidir” deyib. İmotepin Ptolemaios Krallığı dönəmindən bu yana məşhur olduğunu bildirən Woodside, Misir mühəndisinin günümüzə gəlib çatan çox az sayda heykəli olduğunu və məzarının yerinin naməlum qaldığını bildirib.

Bəzi piramidaların içində yer alan məzarlarda saxta qapılar var. Misirin 5-ci dönəminin sonuncu fironu olan Unasın sərdabəsində gerçək kimi görünən ancaq əslində saxta olan qapılar var.

Mehman Nəbiyev