Son 10 il ərzində Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunsa da, meyvə-tərəvəzin qiymətində kəskin dəyişiklik müşahidə olunmur.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, son 10 ildə meyvə-tərəvəzin qiymətində ciddi artım qeydə alınmayıb. Hətta bəzi məhsulların qiymətində ucuzlaşma da olub.
Məsələn 10 il əvvəl - may ayının 24 tarixində 1 kiloqram çiyələyin orta qiyməti 3 manat olub. Bu gün isə çiyələyin orta qiyməti 2 dəfə ucuz - 1,5 manat təşkil edir.
Bəzi meyvə-tərəvəzin 10 ilə əvvəl - 2010-cu ilin 24 may tarixində qeydə alınan orta qiymətilə 10 il sonra - 2019-cu ilin 24 may tarixində qeydə alınan orta qiyməti belə olub:

Məhsulun
adı
Çəkisi Qiyməti (manatla)
24 May
2010
24 May
2019
Banan 1 kq 2,60 2,40
Çiyələk 1 kq 3 1,5
Alma 1 kq 1,80 1,20
Armud 1 kq 2,5 2,5
Alça 1 kq 4 4
Mandarin 1 kq 2,5 3
Portağal 1 kq 3 2
Kartof 1 kq 0,80 0,80
Soğan 1 kq 0,70 0,80
Kələm 1 kq 0,70 1
Göyərti 1 dəst 0,25 0,15
Xiyar 1 kq 1 0,7
Pomidor 1 kq 2 2
Çuğundur 1 kq 1 1
Kök 1 kq 1 1