Son 10 il ərzində Azərbaycanda bir sıra ərzaq məhsullarının qiymətində kəskin bahalaşma müşahidə olunsa da, meyvə-tərəvəzin qiymətində kəskin dəyişiklik müşahidə olunmur.
Yeniavaz.com-un apardığı araşdırma göstərir ki, son 10 ildə meyvə-tərəvəzin qiymətində ciddi artım qeydə alınmayıb. Hətta bəzi məhsulların qiymətində ucuzlaşma da olub.
Məsələn 10 il əvvəl - may ayının 24 tarixində 1 kiloqram çiyələyin orta qiyməti 3 manat olub. Bu gün isə çiyələyin orta qiyməti 2 dəfə ucuz - 1,5 manat təşkil edir.
Bəzi meyvə-tərəvəzin 10 ilə əvvəl - 2010-cu ilin 24 may tarixində qeydə alınan orta qiymətilə 10 il sonra - 2019-cu ilin 24 may tarixində qeydə alınan orta qiyməti belə olub:
Məhsulun adı |
Çəkisi | Qiyməti (manatla) | |
24 May 2010 |
24 May 2019 |
||
Banan | 1 kq | 2,60 | 2,40 |
Çiyələk | 1 kq | 3 | 1,5 |
Alma | 1 kq | 1,80 | 1,20 |
Armud | 1 kq | 2,5 | 2,5 |
Alça | 1 kq | 4 | 4 |
Mandarin | 1 kq | 2,5 | 3 |
Portağal | 1 kq | 3 | 2 |
Kartof | 1 kq | 0,80 | 0,80 |
Soğan | 1 kq | 0,70 | 0,80 |
Kələm | 1 kq | 0,70 | 1 |
Göyərti | 1 dəst | 0,25 | 0,15 |
Xiyar | 1 kq | 1 | 0,7 |
Pomidor | 1 kq | 2 | 2 |
Çuğundur | 1 kq | 1 | 1 |
Kök | 1 kq | 1 | 1 |