“Mətanət A” şirkəti Nəqliyyat şöbəsinin müdiri vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

- Nəqliyyat bölməsinin işini ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
- İllik nəqliyyat büdcəsinin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
- Gündəlik çatdırılma fəaliyyətinin səmərəli şəkildə təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
- Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
- Departament əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması
- Nəqliyyat Departamentinə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi.

Əmək haqqı: Razılaşma yolu ilə.

Tələblər:

- Təhsil: Ali təhsil (analoji sahə üzrə)
- Yaş həddi: 30-50
- Dillər: Azərbaycan və Rus dili (İngilis dili arzuolunandır)
- Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) vəzifələrdə ən azı 3 il iş təcrübəsi;
- Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir)
- Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
- Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.

Şəxsi keyfiyyətləri:

- Danışıq qabiliyyətli və fikrini aydın ifadə etməyi bacarmalı;
- İşə planlı və vicdanla yanaşması;
- Ünsiyyət yaratmaq bacarığı;
- Liderlik qabiliyyəti;
- Fəal olması;
- Dəqiqlik və dürüstlük.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
• İş qrafiki: 6 günlük;
• İş saatı: həftə içi 5 gün 09-00-dan 18-00-dək;
• Şənbə günü: Saat 09:00-dan 13:00-a dək;
• Bazar günü: İstirahət;
• Servis xidməti mövcuddur;
• Nahar şirkətdə verilir;
• İş yeri: Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən zavodumuzda yerləşir.

Qeyd:

- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur;
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar;
- Əlaqə nömrəsi: 050-208-66-95.