İtaliya A Seriyası komandası "Roma"nın təcrübəli məşqçisi Mourinyo üçün çox fərqli bir macəra başlaya bilər.

İqtisadiyyat.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, "Əl-Hilal" "İnter Mayami"yə transfer olan Messinin əvəzinə daha səs-küylü transfer etmək istəyir.

Səudiyyə klubu Mourinyonu yeni baş məşqçi kimi komandaya gətirməyi hədəfləyir. "Əl-Hilal" PSJ-nin super ulduzu Neymarı da komandaya gətirmək üçün danışıqları davam etdirərkən, eyni anda komandaya iki məşhuru gətirməyə ümid edir.

Mourinyonun "Roma" ilə 2024-cü ilə qədər müqaviləsi var, lakin "Əl-Hilal" portuqaliyalı çalışdırıcıya böyük müqavilə təklif etməyə hazırlaşır.

Qeyd edək ki, kifayət qədər əsəbi görünən portuqaliyalı çalışdırıcının İtaliya klubu ilə son oyununa çıxıb-çıxmadığı maraq doğurur.