Bakıda məktəb binasının damının şiferləri qopub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda üçmərtəbəli orta məktəb binasının damında bir neçə şiferin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub.

Xilasedicilər asılı vəziyyətdə qalan şiferləri müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.