“Hər bir malın sahibi öz mallarını sığortalatdırmalıdır”.

İqtisadiyyat.az xəbər verir ki, bunu “Diqlas” ticarət mərkəzindəki yanğınla bağlı danışan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

“Dövlət tərəfindən kompensasiya olunması qanunla düzgün deyil. Bura özəl ticarət mərkəzidir. Hər bir dükan sahibi öz dükanını və mallarını sığortalatdırmalıdır. Mən kompensasiya barədə qərar verən deyiləm. İndi işimiz yanğını söndürməkdir",- nazir deyib.