İqtisadiyyat.az ın məlumatına görə, bunu "Çoxmənzilli binaların istismarına icazənin verilməsinin sadələşdirilməsi haqqında" fərmanın icrası ilə bağlı keçirilən müşavirədə fövqəladə hallar naziri, general-polkovnik Kəmallədin Heydərov deyib.

Nazir qeyd edib ki, fərmanda öz əksini tapmış qərarların icrası qısa müddətdə təmin ediləcək:

"Biz rayonlarda vətəndaş qəbulu keçiririk. Belə görüşlər zamanı məlum olur ki, məsələn, vətəndaş 60 ildir bir evdə yaşayır, lakin onun kupçası yoxdur. Ərazi zəbt olunub, ya vətəndaş özü tənbəllik edib, niyə mülkiyyət hüququ haqqında şəhadətnamə almayıb, bütün səbəblər araşdırılmalıdır".