Aprelin 18-dən artıq çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Kağız çıxarış dövrünə son qoyulur. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda İctimai Təqdimat keçiriləcək. Komitədən İqtisadiyyat.az-a verilən məlumata görə, tədbir aprelin 16-sı saat 13:30-da baş tutacaq.

Tədbirin keçirilməsində məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır. İctimai Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri media nümayəndələri iştirak edəcək.

Tədbir aprelin 16-sı saat 13:30-da Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Xəlil Rza Ulutürk küçəsi 20, Ulduz metrosunun yanı) keçiriləcək.