Bu sözləri millət vəkili Fazil Mustafa həmkarı Hadı Rəcəblinin kredit məsələsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib. Deputat bildirib ki, hələlik yekun qərar olmasa da, bununla bağlı müzakirələr gedir:

“Ümumiyyətlə, vətəndaşların xeyrinə müəyyən addımların atılması nəzərdə tutulur. Çox güman ki, yumşaldıcı variantlar olacaq”.

Qeyd edək ki, Milli Məclisin deputatı Hadı Rəcəbli Qaynarinfo.az-a açıqlamasında ipoteka məsələsinin hələlik Milli Məclisin gündəmində olmadığını, lakin yaxın 10 günə əhalinin banklardan aldığı kreditlər məsələsində güzəştlərlə bağlı müzakirəyə başlayacağını deyib.(axar.az)