Logo

İşəgötürənlərin nəzərinə!


İşəgötürənlərin öhdəliyində olan və işçilərin qayğısına qalan “İcbari Həyat Sığortası” adından göründüyü kimi çox vacibdir. Bu sığorta növünün tətbiqində işçinin maaşından heç bir halda məbləğ tutulmur.

İşəgötürən tərəfindən illik kiçik məbləğ “İcbari Sığorta Bürosu”nda qeydiyyatdan keçən həyat sığorta şirkətlərindən birinə ödənilir (Ətraflı məlumat əldə etmək üçün qeydiyyatdan keçə bilərsiniz: //icbari.pasha-life.az/ ). İş gedişatı zamanı baş vermiş hadisə nəticəsində əlillik və ya ölüm halı olarsa, xəsarət alan işçiyə və ya onun ailə üzvlərinə öncədən təyin olunan məbləğ ödənilir.

“İcbari Həyat Sığortası” kimlər üçün məcburidir? 

- Hüquqi şəxslər

- Sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər

- Dövlət orqanları

 * Bu Qanun əmək fəaliyyəti ilə məşğul olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də şamil olunur.

“İcbari Həyat Sığortası” ilə bağlı ətraflı məlumatı (012) 942 qaynar xəttinə zəng vuraraq, həmçinin “PAŞA Həyat Sığorta” ASC-nin saytına daxil olaraq  (//icbari.pasha-life.az/) əldə edə bilərsiniz.

2022-04-19 11:41:00 720
Teqlər: