Hər gün qarşımıza yüzlərlə iş elanı çıxır. Bu elanların hansı işlə, peşə ilə əlaqəli olmasından asılı olmayaraq, demək olar ki, hamısında bir və ya iki əlavə xarici dil bilgisi mütləq tələb kimi göstərilir. Bu da bir çox insanlarda narazılıq yaradır və onlar anbardar, xidmətçi, sürücüyə xarici dil biliyinin nə dərəcədə lazım olmasına etiraz edirlər.

“Report”un əməkdaşları mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib və onlardan işə qəbul zamanı xarici dil bilgisinin tələb olunmasına münasibət öyrənib.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti xarici dil bilgisinin tələb edilməsinə müsbət baxdıqlarını bildiriblər.